Mənbə: Reuters

Putin Lukaşenkoya yardım edir

Putin Belarusa 1,5 milyard dollar kredit ayıracağı haqda Lukaşenkoya söz verib

Rusiya Belarusa 1,5 milyard dollar kredit ayıracaq. Vladimir Putin sentyabrın 14-də Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib. “Biz Belarusu yaxın müttəfiqimiz kimi görürük. Belaruslar xarici təsir olmadan ölkədə yaranmış vəziyyəti çözməlidirlər. Rusiya Belarus iqtisadiyyatının ən böyük investorudur. Belarus Konstitusiyası üzrə işə başlamaq haqda təklifdən xəbərimiz var, bunu məntiqi və yerində verilmiş qərar hesab edirəm. Mənim müəyyən təkliflərim var, hazırda olan problemləri aradan qaldırmaq üçün əlavə səylər lazımdır. Razılığa gəlmişik ki, Rusiya Belarusa 1.5 milyard dollar həcmində kredit təqdim edəcək və biz bunu yerinə yetirəcəyik”, – o deyib.

Lukaşenko bəyan edib ki, Belarusda baş verən olaylar Moskva və Minskin davam gətirdiyi çox ciddi dərsdir. Onun sözlərinə görə, son hadisələr göstərib ki, Belarus “böyük qardaşı ilə daha sıx əlaqədə olmalı və bütün məsələlər üzrə əməkdaşlıq etməlidir”.

Lukaşenko qeyd edib ki, Rusiya və Belarus illər öncəyə müştərək hərbi təlimlər planlaşdırmalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2neubb

Ən çox baxılan