Putin: Koronavirusla mübarizəyə ordu cəlb olunmalıdır

Sakinlərə yemək almaq, təcili tibbi yardım istəmək, zibilləri çıxartmaq və ya zəruri hallarda işə getmək istisna olmaqla evdə qalmaq tapşırılıb.

Source: Foto: Rio-Novosti


Moskva ciddi karantin rejiminə keçib

Bazar ertəsi Prezident Vladimir Putin deyib ki, Rusiya koronavirus böhranını həll etmək üçün orduya müraciət edə bilər. O əlavə edib ki, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı gündəlik rekord səviyyəyə yüksəlib, -“Reuters” xəbər verir.

Rusiya bazar ertəsi günü 2,558 yeni yoluxma halı müəyyən edib. Rusiyada ümumi yoluxma sayı 18, 328-dir. 18 nəfər keçən gecə ölüb və ölkə üzrə ölüm sayını 148-ə çatdırıb. Yoluxma halları artsa da, ölənlərin sayına görə Rusiya ABŞ və İtaliyadan dəfələrlə geridədir.

Moskva ölkə üzrə ən çox zərər görmüş şəhərdir. Paytaxt və bir sıra digər bölgələrdə məhdudiyyətlər ciddi rejimə keçib. Sakinlərə yemək almaq, təcili tibbi yardım istəmək, zibilləri çıxartmaq və ya zəruri hallarda işə getmək istisna olmaqla evdə qalmaq tapşırılıb.

Putin video toplantıda rəsmilərə deyib ki, böhranın öhdəsindən gəlmək üçün ordu ehtiyatlarında istifadə edilsin. Son həftələrdə Rusiya İtaliya və Serbiyaya tibbi yardım göndərib.

ABŞ-a da eyni tibbi yardımın göndərilməsi Kremlin tənqidçilərini qəzəbləndirib. Onlar bu addımı Rusiyanın öz bölgələrində istifadəsi zəruri olan ehtiyatların israfı kimi dəyərləndirirlər. Kreml bu iddianı rədd edib və deyib ki, Moskva da gələcəkdə ABŞ-dan kömək gözləyə bilər.

Putin deyib ki, ordunun ehtiyatları “Müdafiə Nazirliyinin yalnız bir hissəsidir” və “əsas qüvvə hələ də ehtiyatdadır”.

Bazar ertəsi Moskva şəhəri yeni sayt açıb. Şəhər sakinləri artıq ictimai nəqliyyat və şəxsi avtomobil istifadə etməmişdən öncə şəhər saytında rəsmi icazə almalıdırlar.

Lakin sayt yalnız bazar ertəsi günü səhər işlək olub və rəsmilər onun haker hücumuna məruz qaldığını deyiblər.

Moskvanın Böhran Reaksiya Mərkəzi deyib ki, buna baxmayaraq şəhər rəsmiləri şəxsi və ya ictimai nəqliyyatdan istifadə etmək üçün 700,000 icazə tətbiq edib.

Ana səhifəDünyaPutin: Koronavirusla mübarizəyə ordu cəlb olunmalıdır