Rusiyanın yeni nazirlər kabineti

Mənbə: Government.ru / MT

Başlıq: Rusiyanın yeni nazirlər kabineti

Putin köhnə nazirlərin də yer aldığı yeni hökuməti açıqlayıb

Məqalə yeniləndi:  22 Yanvar 2020

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı yeni hökuməti təsdiqləyib. “Reuters” xəbər verir ki, Putin yeni hökuməti keçmişdən ayrılma olaraq təfsir edib. Baxmayaraq ki, bir sıra yeni simalarla əsas üst səviyyərli nazirlər kabinetdə qalmağa davam edib.

Yeni hökumətə yeni iqtisadiyyat naziri və Baş nazirin yeni birinci müavini daxildir. Lakin maliyyə, xarici işlər, müdafiə, enerji və kənd təsərrüfatı nazirləri öncə olduğu kimi işlərinə davam edirlər.

Yeni komanda Putinin bütün siyasi sistemi sarsıdan hökumətin buraxılması ilə bağlı qərarından sonra formalaşıb. Bu qərarla müttəfiqi Dmitri Medvedev də istefaya getməli olub.

Putin demək olar ki, heç bir siyasi profili olmayan 53 yaşlı keçmiş vergi rəisi Mixail Mişustini yeni Baş nazir seçməli olub.

Konstitusiyanın dəyişdirilməsini nəzərdə tutan Putinin hökuməti dəyişdirmə qərarı ölkəni 2024-cü ilə hazırlayacağından xəbər verir. Görünən odur ki, 67 yaşlı Putin 1999-cu ildən bəri davamlı olaraq Kreml rəhbəri və ya Baş nazir vəzifəsini tutduqdan sonra prezidentliyi tərk etmək məcburiyyətində qalıb.

Tənqidçilər artıq bir müddətdir qeyd edirlər ki, keçmiş KQB zabiti Putin müddəti başa çatdıqdan sonra bəzi vəzifələrə nəzarəti hələ də saxlamaq istəyir. Belə ki, bununla o, dünyanın ən böyük xalqı və iki ən böyük nüvə gücündən biri olan Rusiya üzərində gücünü itirmək istəmir.

Çərşənbə axşamı baş vermiş yeni təyinatlar hökumətin bayraqdar imicini güncəlləyə bilər. Belə ki, yeni təyinatlarla Putin düşən gəlirləri qaldırmağı və ölkəsi ilə bağlı böyük milli infrastruktur layihələri irəlilətməyi planlayır.

"Əslində isə heç kim Kremlin içində nə baş verdiyini bilmir, belə desək, daha doğru olar”, - “The New York Times” qeyd edib.

Keçən həftə Putinin dəyişim bəyanatından sonra Kremlin keçmiş media strategiya mütəxəssisi Marat Guelman “Facebook” səhifəsində “mən riskli açıqlama vermək niyyətindəyəm, amma demək olar, əminəm ki, bu, doğrudur”. Guelman deyib ki, Putin, şübhəsiz ki, istefa ərəfəsindədir: “Tezliklə onu itirəcəyik”.

“Ən vacib vəzifə vətəndaşlarımızın rifah halının yüksəldilməsi və dövlətçiliyimizin və ölkəmizin dünyadakı mövqeyinin möhkəmləndirilməsidir. Bütün bunlar tamamilə əldə edilə bilən məqsədlərdir”,- Putin yeni hökuməti açıqlayarkən deyib. O, hazırkı hökuməti çox balanslı olaraq təsnif edib.

Maliyyə naziri Anton Siluanov, Energetika naziri Aleksandr Novak, Kənd təsərrüfatı naziri Dmitri Patruşev, Müdafiə naziri Sergey Şoyqu və Xarici işlər naziri Sergey Lavrov vəzifələrindədirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rekd0i

Ən çox baxılan