”Putin ”güman ki” Litvinenko qətlinin arxasında durur”

Theresa May qətldə şübhəli tanınan şəxslərin hesablarının dondurulacağını deyib

Source:


Theresa May qətldə şübhəli tanınan şəxslərin hesablarının dondurulacağını deyib

2006-ci ildə sabiq FSB əməkdaşı Aleksandr Litvinenkonun qətli “güman ki” prezident Vladimir Putinin razılığı ilə həyata keçirilib, Britaniyada keçirilən ictimai dinləmələr bu qənaətə gəlib.

BBC Azərbaycanca belə yazır.

Sayt bildirir ki, radioaktiv polonium-210 maddəsilə zəhərləndirilən 43 yaşlı Litvinenko 2006-cı ildə vəfat edib. Güman edilir ki, polonium cənab Litvinenkonun içdiyi çayın içində idi.

Onun ölümü ilə bağlı ictimai dinləmə 2015-ci ildə başlayıb.

Uzun müddət davam edən düşmənçilikdən sonra güman ki, prezident Putin onun qətlinə razılıq verib, araşdırmanın sədri ser Robert Owen deyib.

Aleksandr Litvinenkonun dulu Marina məlumatla “çox razı” olduğunu deyib.

Londondakı Ali Məhkəmənin qarşısında danışan xanım Litvinenko deyib: “Mənim ərimin ölüm ayağında dediyi, cənab Putini ittiham edən sözləri İngiltərə məhkəməsi təsdiq edib”.

Marina Litvinenko Birləşmiş Krallığı bütün Rusiya kəşfiyyat işçilərini ölkədən xaric etməyə, iqtisadi sanksiyaları tətbiq etməyə və cənab Putin də daxil olmaqla fərdi şəxslərə səyahət qadağası qoymağa çağırıb.

Bu gün İcmalar Palatasında Britaniyanın daxili işlər naziri araşdırmanın nəticələrilnə dair hökumətin münasibətini bildirib.

Theresa May qətldə şübhəli tanınan şəxslərin hesablarının dondurulacağını deyib. O, Andrey Luqovoy və Dmitri Kovtunun beynəlxalq axtarışa verilməsi barədə qərarın qüvvədə qaldığını əlavə edib.

“Bu [qətl] beynəlxalq qanun və sivil davranmanın ən əsas prinspilərinin açıq və qeyri-məqbul şəkildə pozulmasıdır”, – millət vəkilləri qarşısında çıxış edən Theresa May deyib.

Rusiya Xarici İşlər Nazirliyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) sabiq zabiti Aleksandr Litvinenkonun ölümü ilə bağlı Böyük Britaniyada aparılan istintaqın nəticəsini siyasi cəhətdən qeyri-obyektiv və qeyri-şəffaf olduğunu açıqlayıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Təəssüf ki, cinayət işi tamamilə siyasiləşdirilib və ikitərəfli münasibətlərə kölgə salıb. Aydındır ki, “ictimai dinləmə”lərin başlaması barədə qərar konkret siyasi motivdən xəbər verir”, – deyə o, söyləyib.

M. Zaxarova deyib ki, Litvinenkonun ölüm şəraitinin araşdırılması ilə bağlı istintaq “məxfilik” bəhanəsi ilə qapalı keçirilib, nə ictimaiyyət, nə də Rusiya tərəfi üçün şəfaf olmayıb.

Ana səhifəXəbərlər”Putin ”güman ki” Litvinenko qətlinin arxasında durur”