Rusiya Prezidenti görüşün vaxtı və yerini razılaşdıracaqlarını deyib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanı Rusiyaya dəvət edib.
O, dəvətini oktyabrın 14-də Rusiya başçısı MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirib.
Putin həmçinin Əliyev və Paşinyanla dəfələrlə üçtərəfli formatda görüşdüyünü xatırladıb:
“Mən Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini dəvət etməkdən məmnunam. Biz tarixi razılaşdırmalıyıq və Rusiyada istənilən vaxt, istənilən yerdə – Soçidə, Sankt-Peterburqda, Moskvada görüşməliyik”.
Azərbaycan və Ermənistan sonuncu dəfə oktyabrın 6-da Praqada Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşüb.
Bu görüşdən sonra Yelisey sarayının yaydığı bəyanatda deyilirdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır.
Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma Ata Bəyannaməsinə sadiqliklərini təsdiq edib.
Bildiriblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq.