Sərəncam həmçinin Rusiyada daimi yaşamaq tələbini, dil və tarix imtahanından keçmək zərurətini aradan qaldıraraq prosesi asanlaşdırır
OC Media yazır ki, Prezident Vladimir Putin Abxaziya və Cənubi Osetiya vətəndaşlarına Rusiya vətəndaşlığını almaq üçün tələblərin yüngülləşdirilməsi haqqında sərəncam imzalayıb.
17 may tarixli fərmana əsasən, Rusiya 2008-ci ildə tanıdığı Abxaziya və Cənubi Osetiya vətəndaşları və o vaxtdan bəri vətəndaşlığını itirməyən 18 yaşdan yuxarı şəxslər sadəcə ərizə verməklə Rusiya vətəndaşlığını ala bilərlər.
Bu açıqlama Abxaziya Prezidenti Badra Qunba və Cənubi Osetiya Prezidenti Alan Qaqloyevin Moskvada 9 May Qələbə Günü tədbiri zamanı Putinlə görüşündən sonra verilib.
Sərəncam həmçinin Rusiyada daimi yaşamaq tələbini, dil və tarix imtahanından keçmək zərurətini aradan qaldıraraq prosesi asanlaşdırır.
Yeni qaydalara əsasən, abxazlar və cənubi osetinlər ya Suxumi və ya Tsxinvali, həmçinin Rusiya daxilindəki Daxili İşlər Nazirliyinin ofisindən ərizə verə bilərlər.
Hesablamalar fərqli olsa da, abxazların əksəriyyətinin artıq Rusiya vətəndaşlığı var ki, bu da onlara xaricə səyahət etmək imkanı verir, çünki Abxaziya yalnız beş ölkə tərəfindən tanınır.
Cənubi Osetiya üçün rəqəmlər daha yüksəkdir — keçmiş Prezident Anatoli Bibilov 2019-cu ildə Cənubi Osetiya əhalisinin 95%-nin Rusiya pasportuna malik olduğunu bildirib.
Sərəncam keçmiş prezidentliyə namizəd Adqur Ardzinbanın Abxaziya-Rusiya sərhəd-keçid məntəqəsində müvəqqəti saxlanması ilə bağlı dəfələrlə yayılan xəbərlərdən, eləcə də Abxaziya rəsmilərinin Rusiyanın psportların verilməsindən silah kimi istifadə etməsi ilə bağlı ittihamlarından sonra verilib.
Abxaziyadan olan ən azı iki müxalifətçi bu addımın siyasi motivli olduğunu iddia edərək Rusiya vətəndaşlığından çıxarıldıqlarını deyiblər.