”Pul yox, balamı istəyirəm” (VİDEO)

Martın 17-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərin ailələrini qəbul edib. Görüşdə Rövnəq Abdullayev axtarışların davam etdiyini və ailələrə maddi yardım ediləcəyini deyib. Ailə üzvləri isə neftçilərin cəsədini istədiklərini deyirlər. İtkin düşən neftçilərin ailələri görüşdən razı deyillər  Ailələr görüşdən sonra öz fikirlərini bildiriblər.  ” Rövnəq Abdullayev bizi qəbul elədi amma görüş ürəyimizcə olmadı. Dəqiq məlumat verilmədi, kişi kimi söz verilmədi ki, biz cəsədləri tapıb verəcəyik, passiv axtarış gedir, Hava yaxşı olanda axtarırlar. hər dəfə başımızı aldadıb vaxtı uzadırlar. Onların harası ağrıyır? İtən batan bizim balamızdı, ağlar günə biz qaldıq. Cəsədimizi tapıb versinlər. Pul istəmirəm mən, balamı istəyirəm”

__

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Pul yox, balamı istəyirəm” (VİDEO)