“Pul verməsəz, işləməyə imkan verməyəcəyik”(VİDEO)

Bu adamlar səhər-axşam bilmədən ağırtonnajlı maşınlarla yük daşıyıb, ailələrini dolandırıblar. Nəqliyyat Departamentinin müfəttişləri onların işinə mane olmayana qədər. Yusif Allahverdiyev deyir ki, əlilliyi olsa da, işləmək ailəsini dolandırmaq istəyir. Çünki aldığı təqaüd 4 nəfərlik ailəyə çatmır.

Sürücülər deyir ki, departamentinin müfəttişləri onlardan 7 manatlıq çek tələb edirlər. O çek olmadıqda dövlət qeydiyyat nişanlarını sökürlər.

Hüquqşünas Ərşad Hüseynov isə deyir ki, departamentin işçilərinin dövlət qeydiyyat nişanlarını çıxarması qanunsuzdur.

Meydan Tv məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin fikrini öyrənməyə çalışıb. Nazirlik zənglərə cavab verməyib.

Sürücülər bildirir ki, Nəqliyyat Departamentinin işçiləri açıq şəkildə rüşvət istəyirlər. Sürücülərə dəyən təkcə maddi ziyan deyil, onlar Nəqliyyat Departamentinin işçilərinin zorakı rəftarından da sarsıldıqlarını deyirlər.

Ana səhifəVideo“Pul verməsəz, işləməyə imkan verməyəcəyik”(VİDEO)