Prorektorun seyfinini oğurlamaqda təqsirləndirilənlərə hökm oxundu

Özünü günahkar bilməyən Vüqar Vəliyevə 10,6 ay iş verildi

Source:


Özünü günahkar bilməyən Vüqar Vəliyevə 10,6 ay iş verildi

Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektorunun otağından külli miqdarda pul oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışov və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Vüqar Vəliyev günahsız olduğunu deyib. Digərləri isə törətdikləri əməldən peşman olduqlarını bildiriblər. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib.


Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən zamində olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.

Təqsirləndirilən şəxslər ötən ilin yanvarında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunurlar.

Ana səhifəXəbərlərProrektorun seyfinini oğurlamaqda təqsirləndirilənlərə hökm oxundu