Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilib. Sözlər Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
Bildirib ki, bundan sonra “zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi işlənəcək.
Sözlərin mətbuatda Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova bildirib ki, kompüter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.