Prokurorluq rektor qızının döyülməsi bağlı apellyasiya protesti verib

Həmin protestə bu gün saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Source:


Həmin protestə bu gün saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Prokurorluq Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protesti verib.

Bunu

APA

-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, apellyasiya protesti Bakı şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinin çıxardığı qərara qarşı verilib və həmin protestə bu gün saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Ancaq Ülkər İsayeva ona görə narahat olanlara təşəkkürünü bildirib və döyülmədiyi haqda öz Facebook səhifəsində məlumat yayıb:

“Provakativ xəbərlərə çox inanmayın. Hər şey yaxşıdır. Mən ölməmişəm, sağam, sağlamam. Bütün hamıya cavab verməyi çatdırmıram. Narahat olduğunuz üçün təşəkkür edirəm”.

O cümlədən, rektor Hamlet İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: “Mən indi xaricdəyəm. Axmaqlalar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.

Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib.

Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: “Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar.
O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana  qədər  onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik” (arqument.az).

Ana səhifəXəbərlərProkurorluq rektor qızının döyülməsi bağlı apellyasiya protesti verib