Prokurorluq minaya düşən mülki şəxslə bağlı məlumat yayıb

““Təkqaya” ərazisində minaya düşən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”

Source: ANAMA


"“Təkqaya” ərazisində minaya düşən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb"

Baş Prokurorluq minaya düşən Daşkəsən rayon sakini ilə bağlı məlumat yayıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat

verilib

.

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb: "Bununla bağlı bildiririk ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub".

Qeyd olunur ki, hazırda faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərProkurorluq minaya düşən mülki şəxslə bağlı məlumat yayıb