İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq
“Baş Prokurorluq Gözəl Bayramlının həbs müddətinin uzadılması ilə bağlı vəsatət verib”, – vəkil Elçin Sadıqov belə deyir.
O bildirir ki, Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbsinin uzadılması ilə bağlı işə avqustun 16-da Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Vəkil həbs müddətinin uzadılacağını düşünür: “Eyni zamanda, Gözəl Bayramlının səhhətindəki problemlər qalmaqdadır”.
AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan mayın 25-də qayıdarkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə Bayramlı 3 ay müddətinə həbs edilib.
Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.