Araz Cahangirli qardaşının hansı səbəbdən intihar etdiyini bilmədiyini deyir
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intihar etdiyi bildirilir. Hadisə iyulun 13-də Astara rayonunun Rüdəkənar kəndində yaşadığı evdə baş verib.
Baş Prokurorluğun mətbuat xidməti də intihar faktını təsdiqləyib.
“Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluqdan bildirilib.
1986-cı il təvəllüdlü Əli Cahangirli tarixçi Nəcəfalı Cahangirlinin oğludur.
Mərhumun qardaşı Araz Cahangirli onun hansı səbəbdən özünə qəsd etdiyini bilmədiklərini deyib. O əlavə edib ki, qardaşı Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.