Hadisənin mübahisə nəticəsində baş verdiyi bildirilir
Bakıda 44 yaşlı kişinin keçmiş həyat yoldaşını qətlə yetirdiyi, daha sonra özünü öldürdüyü bildirilir. Hadisə aprelin 6-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.
1978-ci il təvəllüdlü Rasim Xəlilov odlu silahla bir müddət əvvəl boşandığı həyat yoldaşını güllələyib. 25 yaşlı Misli Xəlilova hadisə yerində keçinib.
Bundan sonra Rasim Xəlilov elə həmin silahla özünə atəş açaraq, intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.