Uşaqlardan biri həyatını itirib
Bakıda atanın iki uşağını bıçaqlayıb, daha sonra isə özünü öldürdüyü bildirilir. Hadisə iyulun 22-dən 23-nə keçən gecə saat 1 radələrində Suraxanı rayonu ərazisində baş verib.
Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, 50 yaşlı Rza Eyyubov öncə 10 yaşlı oğluna, daha sonra 4 yaşlı uşağa bıçaqla xəsarətlər yetirib. Ardınca isə eyni üsulla özünü öldürüb.
10 yaşlı uşaq elə hadisə yerində ölüb. 4 yaşlı Teymur isə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam edir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
50 yaşlı Rza Eyyubovun hansı səbəbdən belə addım atması araşdırılır.