Prokurorluq Ağdam Musiqi Kollecində əməliyyat keçirib

Foto: Azərtac

Əməliyyatın detalları, kimlərin saxlandığı açıqlanmayıb

Yanvarın 10-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Musiqi Kollecində rüşvət hallarına dair məlumat əsasında prokurorluq əməliyyat keçirib. Əməliyyat tədbirinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirildiyi bildirilir.

Belə bir əməliyyatın keçirildiyini Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. Lakin əməliyyatın detalları, kimlərin saxlandığı açıqlanmayıb.

“Bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Ana səhifəBölgəProkurorluq Ağdam Musiqi Kollecində əməliyyat keçirib