Prokurorluğun nümayəndəsi məhkəməyə gəlmədi

”İddia təmin edilməsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”

Source:
Gülər Mehdizadə
Gülər Mehdizadə
Gülər Mehdizadə
Gülər Mehdizadə


”İddia təmin edilməsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”

Aprelin 18-də Nəsimi Rayon Məhkəməsində müstəqil jurnalist Gülər Mehdizadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı işə baxılıb.

Bu barədə məlumatı jurnalistin vəkili Yalçın İmanov verib.

O, bildirib ki, məhkəmə iclası prokurorluğun nümayəndəsi gəlmədiyi üçün mayın 5-nə qalıb. “İddia təmin edilməsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Gülər Mehdizadə 7 ildir jurnalist fəaliyyəti ilə məşğuldur. O, sosial mövzularda yazdığı yazı və araşdırmaları ilə tanınır. Son bir ildir o, səyahət bloqu yazır. Jurnalist son iki ayda 2 dəfə Azərbaycan sərhədini tərk edə bilməyib. Bu ilin fevral ayında Gürcüstana, mart ayında isə Türkiyəyə getmək istəyən jurnalist qadağanın səbəbini bilmədiyini demişdi.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi vəkilin sorğusuna cavab məktubunda jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulmasını istintaq zərurəti ilə əlaqələndirib.

Ana səhifəXəbərlərProkurorluğun nümayəndəsi məhkəməyə gəlmədi