271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib
Xidməti və əmək intizamının tələblərini pozduğuna, başqa qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Bu haqda baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirir.
Baş prokurorun bildirdiyinə görə, 19 nəfərə şiddətli töhmət və töhmət verilib. 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 12 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Baş Prokuror korrupsiya cinayətlərinə də toxunub. Bildirib ki, Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə təqdimatlar verilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb. 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib. Xidməti və əmək intizamının tələblərini pozduğuna, başqa qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.