Prokurora 9, köməkçisinə 8 il həbs cəzası verildi

Hökmdə onların rütbədən və maddi vəzifə tutmaq hüququndan məhrum edilməsi də əksini tapıb

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


Hökmdə onların rütbədən və maddi vəzifə tutmaq hüququndan məhrum edilməsi də əksini tapıb

Noyabrın 1-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov və onun köməkçisi Faiq Quliyevin haqqında hökm çıxarılıb. Hakim Rəşid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, onlar vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinib və Ü.Abbasov 9 il, F.Quliyev isə 8 il azadlıqdan məhrum edilib.

Hökmdə onların rütbədən və maddi vəzifə tutmaq hüququndan məhrum edilməsi də əksini tapıb.

Bu iş üzrə istintaq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

İttihama əsasən, “İsmayıllı Tikinti-27” ASC-nin İdarə Heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyətilə əlaqədar cinayət işi başlanmaması üçün 14 iyulda, Qalib Süleymanovdan isə eyni məqsədlə 17-18 iyulda İsmayıllı Rayon Prokurorluğunda rüşvət alınıb.

Ü.Abbasov və F.Quliyev özlərini təqsirli bilmirlər. İfadələrində bildiriblər ki, rüşvət almaları barədə ittiham həqiqəti əks etdirmir.

Ü.Abbasov və köməkçisi iyulun 25-də vəzifədən azad edilib.

Ana səhifəXəbərlərProkurora 9, köməkçisinə 8 il həbs cəzası verildi