Prokuror terrorçuluqda təqsirləndirilən şəxsə iş istəyib

Fərid Sadıqovun İŞİD-ə qoşulduğu bildirilir

Source:
İŞİD
İŞİD


Fərid Sadıqovun İŞİD-ə qoşulduğu bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F.Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses oktyabrın 6-da davam edəcək.

İttihama görə, “Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər dəstə üzvləri ilə əlaqəyə giriblər. Onlar İŞİD terror təşkilatının ideyalarını qəbul edərək onun Azərbaycanda qəbul olunmasını istəyiblər.

İstintaqın gəldiyi qənaətə əsasən, onlar Bakı Dövlət, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab evləri, lombardlara hücum etməyi planlaşdırıblar.

Həmin şəxslər DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214(terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Ana səhifəXəbərlərProkuror terrorçuluqda təqsirləndirilən şəxsə iş istəyib