Prokuror sabiq deputatın qohumlarına həbs cəzası istəyir

“İttihamçı çıxışında konkret olaraq bu şəxslərin cinayətlərinə görə bir sübut belə ortaya qoya bilməyib”

Source:


“İttihamçı çıxışında konkret olaraq bu şəxslərin cinayətlərinə görə bir sübut belə ortaya qoya bilməyib”

Noyabrın 30-da Sabirabad rayon məhkəməsində müxalifətin tanınmış simalarından Pənah Hüseynin 7 nəfər yaxın qohumu üzərində proses keçirilib.

Məsələnin tarixçəsinə toxunan P.Hüseyn “Turan İA”-ın müxbirilə söhbətində bildirib ki, məhkəməyə 2014-cü ildə yaxın qohumları ilə qarşı tərəf arasında baş vermiş “kənd davası” səbəb olub. Bu iş rayon polisində təhqiqat səviyyəsində araşdırılıb. Konkret olaraq kimlərəsə cinayət işi qaldırılmayıb. Yalnız seçkilərdən sonra bu məsələ ciddiləşib. Seçkilərdən bir-iki gün sonra P.Hüseynin qardaşı, qardaşı oğlu və 5 əmisi oğluna xuliqanlıq maddələrilə cinayət ittihamı irəli sürülüb.

“Bu, siyasi təqibdir və bu şəxslər “P.Hüseynin qohumları olduqlarına görə” təqib edilirlər, görünür, bu həbslər konkret olaraq kiməsə və kimlərəsə lazımdır”, deyə P.Hüseyn qeyd edib.

O, məhkəmədə cəmi 5 dəqiqə çıxış edən ittihamçının hər bir qohumuna 2,5-5 il arasında həbs cəzası istədiyini vurğulayıb. P.Hüseyn deyib ki, ittihamçı çıxışında konkret olaraq bu şəxslərin cinayətlərinə görə bir sübut belə ortaya qoya bilməyib.

Hüquq müdafiəçisi N.Cəfəroğlu da bu həbslərin kiməsə lazım oldğunu və bu hadisədə hansısa cinayət motivi olmadığını bildirib. “Başa düşmək olmur ki, ölkənin bu ağır vaxtında heç nədən məhus yaratmaq kimlərin marağına uyğundur, bunu edənlər bu həbslərin sabah hansı nəticələrə səbəb olacağını düşünmürlər?”, – deyə həbs istənilməsinə etiraz ifadə edib. Bununla belə, N.Cəfəroğlu danışıqlar yolu ilə bu məsələni barışıq məcrasına yönəltmək istədiklərini bildirib.

Onun sözlərinə görə, növbəti məhkəmə prosesi dekabrın 7-nə təyin edilib.

Ana səhifəXəbərlərProkuror sabiq deputatın qohumlarına həbs cəzası istəyir