Prokuror sabiq deputatın oğluna iş istədi

Zərəçəkmiş şikayətini geri götürüb

Source:
Hacı Qalib


Zərəçəkmiş şikayətini geri götürüb

Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış edərək onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 20-də davam edəcək.

Ötən iclasda zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə.Salahzadə bir müddət əvvəl həbs

edilib

. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə “Azərsu” əməkdaşını döyməkdə təqsirli bilinir.

Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Ana səhifəXəbərlərProkuror sabiq deputatın oğluna iş istədi