O, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə suçlanır
Oktyabrın 9-u Binəqədi Rayon Məhkəməsində gənc fəal Orxan Eyyubzadənin işi üzrə növbəti proses keçirilib. Prokuror gənc fəala 3 il həbs cəzası istəyib.
musavat.com-un yaydığı məlumata görə, Orxan Eyyubzadə mayın 6-da Bakı Ağır Cinayətlərə dair Məhkəmədə “NİDA” fəallarına hökm oxunarkən keçirilən etiraz aksiyasında həbs olunaraq 20 sutka həbs cəzası alıb.
Ancaq mayın 26-da həbs cəzası bitsə də ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri seçib.
İşi Binəqədi Rayon Prokurorluğu aparıb.