Sevinc Abbasova

Mənbə: Foto: Meydan tv

Başlıq: Sevinc Abbasova

Prokuror məktəb direktoruna iş istədi

Məqalə yeniləndi:  16 Oktyabr 2019

Məktəblinin ölüm işi: "Direktor heç bir gün də həbsdə olmayacaq?!"

Elina Hacıyevanın valideynlərinin vəkillərinə çıxış üçün vaxt verildi

13 yaşlı məktəbli Elina Hacıyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunan 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovaya prokuror 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istəyib. Həmçinin təklif edib ki, əlavə cəza olaraq, hökmdə S.Abbasovaya üç il pedaqoji fəaliyyətlə məşğul olmaq da qadağan edilsin.

Oktyabrın 16-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında çıxış edən prokuror bildirib ki, prosesdə 40-dan çox şahid dindirilib, ekspert rəyləri tədqiq olunub. Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə S.Abbasovaya qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısı ayrı-ayrılıqda 143-cü maddə ilə 1 il islah işləri, 314.2 maddəsilə 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təklif edib. Bildirib ki, cəzalar birləşdirilməklə, ona 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəyib. Amma təqsirləndirilən direktor 6 aydır ev dustaqlığındadır və bu qətimkan tədbirinin hər günü həbsə bərabər tutulur. Bu da nəzərə alınmaqla, S.Abbasovanın üzərində bundan sonra qəti olaraq, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının saxlanmasını istəyib.

Elinanın anası, zərərçəkmiş Sevil Hüseynovanın vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 18-nə qədər təxirə salınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8lojbz

Ən çox baxılan