Prokuror Leyla Yunusa 11 il, Arif Yunusa isə 9 il cəza istəyib (yenilənib)

Məhkəməyə yenə də APA, virtualaz.org, telegraf.az saytlarının əməkdaşları və diplomatlar buraxılıb. Digər media qurumlarının jurnalistlərinə qapıları bağlayıblar

Source:


11.51. Meydan TV-nin məhkəmə binası önündə olan əməkdaşı bildirir ki, Almaniyanın ölkəmizdəki səfirliyinin diplomatını prosesə buraxmayıblar. Hazırda məhkəmə başlayıb, Arif Yunus üçün çağrılan həkimlər arxa qapıdan binanı tərk ediblər.


12.21. Meydan TV-nin məlumatına görə, prokuror

Fərid Nağıyev Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 10-da davam etdiriləcək.


Məhkəməyə yenə də APA, virtualaz.org, telegraf.az saytlarının əməkdaşları və diplomatlar buraxılıb. Digər media qurumlarının jurnalistlərinə qapıları bağlayıblar

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10-da hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib.

Əvvəlki proseslərdə olduğu kimi bugün də məhkəmə yarımqapalı keçirilib.

Meydan TV-nin əməkdaşının bildirdiyinə görə, məhkəməyə yenə də APA, virtualaz.org, telegraf.com saytlarının əməkdaşları və diplomatlar buraxılıb. Digər media qurumlarının jurnalistlərinə qapıları bağlayıblar.

Ancaq prosesin başlanmasından yarım saat sonra Arif Yunusun halının pisləşməsi məhkəmədə fasilə yaradıb.

Ana səhifəXəbərlərProkuror Leyla Yunusa 11 il, Arif Yunusa isə 9 il cəza istəyib (yenilənib)