Prokuror ilahiyyatçıya 12 il iş istədi

Şahidlər Elşən Mustafaoğlunun əleyhinə ifadə verməyib

Source:
Elşən Mustafaoğlu foto sosial şəbəkə
Elşən Mustafaoğlu foto sosial şəbəkə


Şahidlər Elşən Mustafaoğlunun əleyhinə ifadə verməyib

Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

Bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.

İlahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. İlahiyyatçı günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib.

E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəXəbərlərProkuror ilahiyyatçıya 12 il iş istədi