Prokuror Cahangir Hacıyevə 17 il iş istədi

”Bankirin evindən götürülən qiymətli əşyalar borcun silinməsinə yönəldilsin”

Source:
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə


”Bankirin evindən götürülən qiymətli əşyalar borcun silinməsinə yönəldilsin”

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin ittihamı məhkəmə və ibtidai istintaq zamanı sübuta yetirilib və onlara verilən ittihamlar düzgün tövsif edilib. Prokuror bildirib ki, onlara cəza təyin edilən zaman yüngülləşdirici hallar da nəzərə alınmalıdı. Onun sözlərinə görə, cəza təyin olunan zaman C.Hacıyevim evindən götürülən saatlar və digər qiymətli əşyaralar borcun ödənilməsinə yönləndirilməlidir. Lakin onun əmlakına həbs qoyulmamalı və təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan əlavə, onların hər biri 3 il müddətinə yerli və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməldir. Prokuror C. Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Bankın nümayəndəsi isə banka dəymiş ziyanın tam ödənilməsini, iddialarının təmin olunmasını istəyib. Vəkillər çıxa hazırlaşmaq üçün vaxt istəyiblər.

İclas sentyabrın 3-də davam edəcək.

“Beynəlxalq Bank”ın İdarə Heyətinin keçmiş Bankın sabiq rəhbəri Cahangir Hacıyev, “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərProkuror Cahangir Hacıyevə 17 il iş istədi