Prokuror Aygün Bəylərin qardaşına iş istədi

Abbas Hümmətov öz əmisi nəvəsini öldürməkdə təqsirləndirilir

Source:
Aygün Bəylər
Aygün Bəylər


Abbas Hümmətov öz əmisi nəvəsini öldürməkdə təqsirləndirilir

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətova, eləcə də onunla əlbir olmaqda ittiham edilən digər şəxslərə iş istənilib.

Abbas Hümmətov əmisi nəvəsi Elnur Hümmətovu öldürməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil və Elnur Əsirovlar barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda ekspertizanın rəyi açıqlanıb. Məlum olub ki, F.Məmmədzadə vərəm xəstəliyindən əziyyət çəkir.

Prosesdə dövlət ittihamçısı yenidən çıxış edib. O qeyd edib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib, Cinayət Məcəlləsinin hazırkı müddəalarına əsasən isə cəza yüngül olmalıdır:

“Buna görə təklif edirəm ki, qanunun həmin dövrdəki müddəaları tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın”.

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxasovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il.6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses fevralın 2-də davam etdiriləcək.

Bundan öncə prokuror bir dəfə çıxış edib. O, əvvəlki çıxışında Abbas Hümbətovun 19 il 6 ay, Ramil Əsirovun 20 il, Fuad Məmmədzadənin 20 il, Elnur Əsirovun 18 il, Elmir Alxazovun 20 il, Cavid Alxazovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin F.Məmmədzadənin xəstələnib məhkəməyə gələ bilməməsi səbəbindən proses uzun müddət təxirə salınıb, ekspertiza təyin olunub. Prokurorun növbəti çıxışında CM-nin hazırkı müddəaları əsas götürülüb.

İttiham aktına əsasən, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Ana səhifəXəbərlərProkuror Aygün Bəylərin qardaşına iş istədi