Prokuror Abbas Lisaniyə qarşı ittihamlarını elan edib

O martın 10-da Ərdəbilin Mərkəzi Zindanından şəhərin Prokurorluğuna aparılıb

Source: google.az

Azərbaycanlı fəalın işi məhkəməyə göndərilir

İranda tanınmış azərbaycanlı milli-mədəni fəal

Abbas Lisani

nin barəsində sonuncu dəfə olaraq ittihamlara baxılıb.

O martın 10-da Ərdəbilin Mərkəzi Zindanından şəhərin Prokurorluğuna aparılıb.

Azərbaycanlı fəal bundan əvvəl məhkəmə proseslərində olduğu kimi yenə də özünü müdafiə üçün türk dilində çıxış edib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını qanunsuz hesab edən fəal dindirmə zamanı suallara cavab verməkdən imtina edib.

Ərdəbil prokurorunun müavini Nonəhal fəalın ittihamlarla bağlı sözlərini dinləyib. Onun sözlərinə görə, bu son mərhələdir, və fəalın işi “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək və milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə göndəriləcək.


Abbas Lisan

i yanvarın 15-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Ərdəbilin Ettelaat İdarəsinə təhvil verilib.

Ana səhifəXəbərlərProkuror Abbas Lisaniyə qarşı ittihamlarını elan edib