Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır
“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”, – “Report” yazır ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır: “Bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq”.
R. Aslanlı onu da deyib ki, maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində iş başa çatdırılıb. Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində də iş gedir.