Prezidentliyə və deputatlığa namizəd həbs olundu

Əli Ağaevliyə hökm oxunub

Source:
Əli Hacı Ağaevli
Əli Hacı Ağaevli
Əli Hacı Ağaevli
Əli Hacı Ağaevli


Əli Ağaevliyə hökm oxunub

2013-cü ildə prezidentliyə namizədliyini irəli sürüb, sonradan MSK-ya məktub imtina edən, 2015-ci ilin parlament seçkilərində isə Vətəndaş Həmrəyliyi Partiyasından deputatlığa namizəd olmuş Əli Hacı Ağaevli və onunla birlikdə mühakimə olunan Fuad Kərimova hökm oxunub.

Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, Ə.Ağaevli 7 il, F.Kərimov isə 5 il azadlıqdan məhrum edilib. Onlar istintaq və məhkəmə vaxtı həbsdə deyildi. Ona görə də məhkəmədə hökm elan olunandan dərhal sonra həbs ediliblər.

Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevə 178 min ziyan vurmaqda təqsirli bilinib.

Lakin onlar özlərini təqsirli bilmir və məhkəmədən də bəraət istəyiblər.

Ə.Ağaevli son sözündə bildirib ki, Q.Mehdiyev ona böhtan atır.

Onun vəkili də bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin özü dələduzluğun qurbanı olub, zərərçəkmiş Q.Mehdiyev onun Badamdar qəsəbəsində yerləşən evini ələ keçirib.

Ə.Ağaevli Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub, həm də şairdir.

Ana səhifəXəbərlərPrezidentliyə və deputatlığa namizəd həbs olundu