Prezidentlərin görüşəcəyi tarix və məkan məlum olub

Elxan Şahinoğlu Bern görüşünün atəşkəsin yaratdığı narahatlığı aradan qaldıracağını düşünmür

Source:


Elxan Şahinoğlu Bern görüşünün atəşkəsin yaratdığı narahatlığı aradan qaldıracağını düşünmür

Dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 18-də Bernə (İsveçrə) işgüzar səfərə gedəcək. Dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”, – məlumatda deyilir.

Keçiriləcək göürüşü Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, əvvəl prezidentlərin Parisdə görüşəcəkləri söylənildi, hətta həmsədrlər Fransa paytaxtında görüşün razılaşdırıldığını açıqladılar. Yəni iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iki ölkə prezidenti görüşməliydi. Azərbaycan prezidenti isə konfransa getmədi, doğru addım idi. Çünki məzmunlu görüş üçün zəmin yoxdursa, belə bir təmasın nəticəsi olmayacaq. Əksinə, Ermənistan status-kvonu uzatmaq üçün vaxtı baxımından mənfəət qazanmaq istəyir.

Elxan Şahinoğlu Bern görüşü ilə bağlı sual edir, masa üzərində nə var ki, prezidnetlər onu müzakirə edəcək. Sadəcə, ilin sonu baxımından həmsədrlər hesabat hazırlayırlar və sənəddə prezidnetləri görüşdürdüklərini qeyd edəcəklər. Ancaq bu, onların özünə lazımdır: “Bəs bizə belə bir görüş nəyə lazımdır, bu sual açıq qalır. Hazırda cəbhə bölgəsində atəşkəsin pozulması narahatlığı var. Amma Bern görüşünün bu narahatlığı aradan qaldıracağını düşünmürəm. Ona görə Bern təmasından ciddi nəticə gözləmirəm, nəticə olmasa belə, əksinə, atəşkəsin pozulması gərginliyi arta bilər”.

Ana səhifəXəbərlərPrezidentlərin görüşəcəyi tarix və məkan məlum olub