Prezidentlə şəkil çəkdirən gənc narkotik ittihamı ilə həbs edilib

Sosial şəbəkə istifadəçiləri dövlət başçısına istehza ediblər

Source:


Sosial şəbəkə istifadəçiləri dövlət başçısına istehza ediblər

Fransa prezidenti Emmanuel Makronla şəkil çəkdirən 19 yaşlı gənc, narkotik ittihamı ilə həbs edilib.

“Lenta.ru” saytının məlumatına görə, sentyabrın 29-da Fransa prezidenti “İrma” qasırğasından dağıntılara məruz qalan Sen-Marten adasına səfər

edib.

Səfər zamanı prezident kriminal keçmişi olan bir neçə gənclə görüşərək, onlarla xatirəsi fotosu da çəkdirib. Prezident bundan əvvəl oğurluğa görə məhkumluq həyatı yaşamış 19 yaşlı Ro. F adlı gəncdən bir daha qanunları pozan əməllər etməyəcəyi barədə söz alıb.

Buna baxmayaraq, oktyabrın 14-də Ro həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərində narkotik tapıblar. Gənc gizlənməyə çalışsa da, polislər onu tutmağa nail olublar.

Fotolara görə, E.Makron sosial şəbəkə istifadəçiləri tərəfindən istehzayada məruz qalıb. Belə ki, şəkillərin birində, Fransa prezidenti lüt bədənli və əynində yalnız şort olan oğlanla dayanıb, digərində isə E.Makronun yanında dayanan gənc kameraya orta barmağını göstərib.

Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, belə fotolar Fransa prezidentinə yaraşmır.

Ana səhifəXəbərlərPrezidentlə şəkil çəkdirən gənc narkotik ittihamı ilə həbs edilib