Bəylər Əyyubov yeni yaradılan xidmətin rəisi təyin olundu
Martın 16-da Prezident
İlham Əliyev
in sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Sərəncamda Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında Prezidentinin Təhlükəsizlik Xidmətinin yaradılması qeyd olunub.
Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yaradılacaq.
Dövlət başçısının digər sərəncamı ilə Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
General-polkovnik Bəylər Əyyubov 2003-cü ildən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi idi.