Mərasimdə yeni təyin edilən nazir iştirak edib
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində iyulun 1-də müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasimdə tərxis olunanlar əsgərlər sırasında prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub.
Tədbirdə Birinci vitse-prezidenti Mehriban Əliyeva və Dövlət Təhlükəsizlik Xidmətinə yeni təyin edilən rəis Əli Nağıyev iştirak edib.
Ötən ilin
sentyabrın 16-da
dövlət başçısının oğlu H.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində and içmişdi.
O, babasının adını daşıyan Heydər Əliyev Azərbaycan Diplomatik Akademiyasını (ADA) bitirib.
Heydər Əliyevin orduya getməsi məsələsi Ermənistan Baş naziri Nikol Paşinyanın analoji addım atmasından sonra aktuallaşdı.
Paşinyan bu addımını sülhpərvərliklə bağlamışdı və İlham Əliyevdən də belə bir addım atmasını istəmişdi.