Prezidentin kadr dəyişikliyi

Yaxın gələcəkdə komandanın Əliyevanın əlində cəmləşməsinin şahidi olacağıq

Source:


Yaxın gələcəkdə komandanın Əliyevanın əlində cəmləşməsinin şahidi olacağıq

İyunun 1-də dərc edilmiş Azərbaycan Prezident Administrasiyasının yeni rəhbər heyətinin siyahısını bir sıra KİV-lər və ekspertlər ölkədə çox danışılan, amma reallıqda baş verməyən islahatlara doğru müəyyən addım kimi qələmə verməyə çalışıblar.


Yeni siyahıya

baxdıqda dövlət başçısının komandasının “skeletinin” zamanın çağırışlarına görə optimallaşdırılmış konturlarının formalaşdırıldığı görünür. Növbəti dəfə administrasiyanın bir sıra rəhbər əməkdaşlarının sayı iki dəfə artaraq 8 nəfərə çatan, prezidentin köməkçiləri vəzifəsinə yüksəldilməsi qərarların daha yığcam və operativ şəkildə qəbulu zərurətindən xəbər verir.

Administrasiya üçün çağırışlar sırasına iqtisadi böhran, bank sisteminin çökməsi, sosial gərginlik, xarici təzyiq, Qarabağ münaqişəsi, Birinci vitse-prezident institutunun və onun mövqeyinin güclənməsi kontekstində institusional dəyişikliklər və kadr dəyişiklikləri, 2018-ci prezident seçkiləri ilinə qədəm qoymaq daxildir.

Güc blokuna görə məsul olan şəxslər – prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev prezident komandasından gedib. Milli Təhlükəsizlik və Müdafiə nazirliklərindəki qalmaqallı hadisələr nöqteyi-nəzərdən onların gedişini qanunauyğun hesab etmək olar.

Siyahıda Birinci vitse-prezidentin katibliyinin rəisi vəzifəsinə təyin olunan Altay Həsənov nəzərəçarpan təyinat kimi görünür. Birinci ledinin qohumu, bütün təşəbbüslərində onun silahdaşı olan Həsənov özünü ailə komandasının etibarlı oyunçusu kimi sübut edib. Onun Birinci vitse-prezidentin ştat siyahısında mühüm dövlət məmuru vəzifəsinə yüksəldilməsi növbəti il keçiriləcək seçkilərdə prezident vəzifəsinə açıq-aşkar iddiaçı kimi baxılan Mehriban Əliyevanın məmurlar heyətinin formalaşdırılmasında mühüm rol oynayacağını göstərir.

Yaxın gələcəkdə cəmiyyət yeni kadr dəyişikliklərinin və institusional dəyişikliklərin və hakimiyyətin daha çox aparıcı sosial-iqtisadi blok üzərində nəzarəti rəsmi səviyyədə əlinə alan və komandasının formalaşdırılmasından sonra il ərzində sözün geniş mənasında 12 yol xəritəsinin həyata keçirilməsinə başlamalı olan Əliyevanın əlində cəmləşməsinin şahidi olacaq. Əliyev strateqlərinin fikrincə, məhz bu yol xəritələri seçkiqabağı dövrdə onun xeyrinə ictimai dəstək formalaşdırmalıdır.

Onun əsas “baş ağrısı” komandadaxili və ictimai narazılıq səbəbindən yaranmış əlverişsiz siyasi fondur. Bu narazılıqların əsasında oliqarx qruplarının müxtəlif maraqları və dəyərlər və idarəetmə sisteminin böhranı durur. Hakimiyyətdaxili yerdəyişmələr və artıq yüklərdən qurtulmaya paralel olaraq fərqli düşünənlərə qarşı misli görünməmiş təzyiq – müxalifət fəallarının və sadəcə vətəndaş fəallarının həbsləri, messencerlərin bloklanması, söz azadlığı sahəsində qanunvericiliyin sərtləşdirilməsi və s. müşahidə olunur.

Amma hələlik ailənin 2018-ci ilə yönəlmiş strategiyasının dəyişikliklərə məruz qala biləcəyinin heç bir əlaməti görünmür. Həmişə olduğu kimi, keçid dövründə hakimiyyət cəmiyyətin seçkilərin nəticəsinə təsirini minimuma endirmək məqsədilə cəmiyyətlə sərt monoloqu seçir. Azərbaycanda Əliyevlərin hakimiyyətə qayıtdığı son 24 ilin bütün seçki illəri bunu nümayiş etdirib. Hazırkı halda bu xətti böhran və komandadaxili yerdəyişmələr də tamamlayır. Və onlar Azərbaycanda növbəti proseslərin gedişatını müəyyən edəcək.

Ana səhifəAnalitikaPrezidentin kadr dəyişikliyi