”Prezidentin hədiyyə etdiyi evləri Ramiz Rzayevin bacısının əri əlimizdən alır”

Astrofizika Rəsədxanasının direktoru əməkdaşlarını məhkəməyə verib

Source:
Prezident İlham Əliyev açılışda
Prezident İlham Əliyev açılışda
Prezident İlham Əliyev açılışda
Prezident İlham Əliyev açılışda


Astrofizika Rəsədxanasının direktoru əməkdaşlarını məhkəməyə verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası bir neçə əməkdaşını məhkəməyə verib.

Rəsədxana onların xidməti yaşayış sahəsindən çıxarılmasını və mənzili boşaltmalarını istəyir.

Şikayətçilərdən Oleq Həsənov 1991-ci ildən 2001-ci ilə kimi AMEA-nın Şamaxı Rəsədxanasında mühəndis vəzifəsi işləyib. 2001-ci ildən təqaüdə çıxanadək, yəni 2013-cü ilin oktyabrın 7-dək Rəsədxananın ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildə əmək veteranı kimi tanınıb. 1980-ci ildən iddiaçı tərəfindən xidməti yaşayış sahəsi ilə təmin olunub.

Oleq Həsənov bildirir ki, 2015-ci ildə onlara Namiq Cəliliov adlı direktor təyin edilib. Bundan sonra onlardan yaşadıqları mənzilləri boşaltmaları tələb edilib:

“Yeni direktor Ali Məhkəmənin sədri Ramiz Rzayevin bacısının əridir. 2015-ci ildə Milli Elmlər Akademiyasına Akif Əlizadə direktor təyin edildi. Bundan sonra ona təzyiq oldu ki, rəsədxanaya yeni direktor təyin edilməlidir. Eyyub Quliyev vəzifəsindən azad olundu və Namiq Cəlilov bizə direktor təyin edildi. Bundan sonra bizdən evləri boşaltmağı tələb etdilər. Mən müavin işləmişəm, məhkəməyə verilən digər iki nəfər isə köhnə direktorun qohumlarıdır. Bizdən başlayıblar, lakin bir xeyli adama da xəbərdarlıq edilib ki, evləri boşaldın. Evləri boşaltmaları barədə bildiriş verilib. 2012-ci ildə İlham Əliyev gəlib bizimlə görüş keçirib. Prezident həmin görüşdə dedi ki, bu mənzillər bizə hədiyyə olunur. İndi yeni direktor deyir “bunlar xidməti mənzillərdir”. Prezidentin bizə hədiyyə etdiyi evləri indi Namiq Cəlilov əlimizdən alır. Mən heç rəsədxanada işləməyəndə də bu mənzildə yaşamışam. 1980-ci ildən burada yaşayıram. İndi mən çıxıb hara gedim? “Xidməti mənzil” statusu Nazirlər Kabineti tərəfindən verilir. Elə bir status verilməyib. Əmək veteranıyam, ürəyimdə üç dənə stend var. Burada SOCAR-ın xətti ilə beşulduzlu otel tikilir. Həmin oteldə çalışan fəhlələri gətirib rəsədxananın qonaq evlərində saxlayırlar. Bərbərxananı, uşaq bağçasının yarısın ləğv edib qonaq evi ediblər. Əslində qonaq evləri Bakıdan gələn aspirantlar üçün nəzərdə tutulmuşdu”.

Ana səhifəXəbərlər”Prezidentin hədiyyə etdiyi evləri Ramiz Rzayevin bacısının əri əlimizdən alır”