”Prezidentin Ehtiyat Fondundan onun fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz”

”Pulların xərclənməsi ilə bağlı ictimaiyyətə açıqlama verilmir”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


”Pulların xərclənməsi ilə bağlı ictimaiyyətə açıqlama verilmir”

“Son 12 ildə büdcədən prezidentin ehtiyat fonduna 3 milyard 76 milyion 501 min 185 manat vəsait ayrılıb. Bu, ildə orta hesabla 236 milyon 635 min 937 manat edir”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

O, qeyd edib ki, Azərbaycanda dövlət büdcəsinin resursları bazasında formalaşan 2 ehtiyat fondu fəaliyyət göstərir:

“Dövlət büdcəsinin ehtiyat fondu üzərində sərəncam vermək hüququ Nazirlər Kabinetinə, prezidentin ehtiyat fondunun vəsaitlərindən istifadə üzərində sərəncam vermək hüquqi isə dövlət başçısına məxsusdur. Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiyanı əhatə edən 22 ölkənin təcrübəsi əsasında araşdırmalar göstərir ki, tədqiqata cəlb edilmiş 22 öllkədən yalnız Azərbaycanda və Gürcüstanda prezidentlərin ehtiyat fondu var və hər iki ölkədə Fondun vəsaitləri üzərində sərəncam vermək prezidentlərin müstəsna hüququna daxildir. 2013-cü ildə Azərbaycan prezidentinin ehtiyat fondu Gürcüstan prezidentiniun ehtiyat fondundan 73 dəfə çox olub”.

İqtisadçı bildirir ki, Azərbaycanda prezidentin ehtiyat fondu 2006-cı ildən formalaşmağa başlayıb. O vaxtdan indiyə qədər prezindent büdcədən ayrılan 3 milyard 76 milyon 501 min 185 manat vəsaitin üzərində sərəncam vermək hüququna malik olub:

“Bu dövrdə büdcənin ehtiyat fondu 2 milyard 702 milyon 4 min 218 manat olub ki, bu məbləğ də həmin dövrdə prezidentin ehtiyat fonduna ayrılan vəsaitdən 374 milyon 406 min 963 manat azdır. Azərbaycan Respublikasının “Büdcə sistemi” haqqında Qanununun 6.3. maddəsinə görə. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Bu Qanunun 6.7 maddəsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunda toplanan vəsaitin ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənməsini qadağan edir”.

Prezidentin Ehtiyat Fondu dövlət büdcəsində ayrıca bənd kimi 2006-cı ildən göstərilir. O vaxtdan indiyədək, yeni başlanan il də daxil, dövlət büdcəsindən Prezidentin Ehtiyat Fonduna toplam 2 milyard 771 milyon manat vəsait ayrılıb. Müqayisə üçün: Bu rəqəm Azərbaycanın 2005-ci il dövlət büdcəsindən 770 milyon manat çoxdur.

Dövlət büdcəsindən hər il prezidentin ehtiyat fonduna ayrıca vəsait ayrılır və onun necə xərcləyəcəyinə dövlət başçısı özü qərar verir. Sonradan pulların xərclənməsi ilə bağlı ictimaiyyətə açıqlama verilmir.

Büdcədən adıçəkilən Ehtiyat Fonduna ayırmalar neft gəlirləri artdıqca, ilbəil çoxalıb və 2015-ci ildə ən yüksək həddə – 382 milyon manata çatıb. Həmin il neft köpüyü partlayandan sonra növbəti il Prezidentin Ehtiyat Fondunun vəsaiti 100 milyon azaldılaraq, 285 milyon manat olub. 2016-cı ildə fonda 200 milyon manat ayrılıb.

Azərbaycanda “Büdcə sistemi haqqında” Qanuna əsasən, Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin maksimum 2 faizi qədər ola bilər. Üstəlik, həmin vəsaiti nəyə sərf etməkdə Azərbaycan prezidenti, demək olar, tam sərbəstdir. Qanunda yalnız bir məhdudiyyət nəzərdə tutulub: Prezidentin Ehtiyat Fondunun vəsaiti onun fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Ana səhifəXəbərlər”Prezidentin Ehtiyat Fondundan onun fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz”