Prezidenti kimlər əvəz edə bilər? - cavab veririk #5

Prezident hansı haldı əvəzlənə bilər? Kimlər onu əvəz etməlidir? Prezident nə zaman istefa veriri? Bu suallara cavab veririk. 

Əgər ölkə prezidenti istefa veribsə, yaxud da səhhətinə görə vəzifəsini icra edə bilmirsə, bu zaman o, vəzifədən gedir və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş şəxslər onu əvəz edir.

Konstitusiyanın 105-ci maddəsinə görə, yeni prezident seçilənə qədər ölkə başçısının səlahiyyətlərini baş nazir icra edir. Əgər baş nazir də istefa veribsə, yaxud səhhətinə görə səlahiyyətləri icra edə bilmirsə, bu zaman onu Milli Məclisin sədri əvəz edir. Milli Məclisi sədrinin də bu vəzifəni icra etməsi mümkün olmadıqda Milli Məclis prezidentin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

Bir neçə hal var ki, prezident vəzifədən getmiş sayılır. Bunlar aşağıdakılardır:
İstefa veribsə,
Səhhətinə görə səlahiyyətlərini icra edə bilmirsə, 
Konstitusiyaya uyğun olaraq vəzifədən uzaqlaşdırılıbsa.

Konstitusiyanın 104-cü maddəsinə görə, prezident istefa verdikdə onun istefa ərizəsi Konstitusiya Məhkəməsinə təqdim olunur. Məhkəmə bu ərizəni prezidentinin özünün verdiyinə əmindirsə, istefanın qəbul olunması haqqında qərar qəbul edir və beləliklə, ölkə başçısı vəzifədən getmiş sayılır.
Prezidentin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Milli Məclis bu faktın aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edir. Məhkəmə bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər məhkəmə bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
Prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında onun vəzifədən kənarlaşdırılması irəli sürülə bilər.
Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında prezident vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Konstitusiya Məhkəməsinin sədri imzalayır. Məhkəmə həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
Prezidentin vəzifədən kənarlaşdırılması haqqında qərar Konstitusiya Məhkəməsinin Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmasa, ölkə başçısına qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tcvfve

Ən çox baxılan