Prezident yanında təhsil komissiyası buraxıldı

Martın 9-da prezident İlham Əliyev Prezident yanında təhsil üzrə komissiyanın ləğv olunması və yeni tərkibin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Source:
İlham Əliyev
İlham Əliyev


Martın 9-da prezident İlham Əliyev Prezident yanında təhsil üzrə komissiyanın ləğv olunması və yeni tərkibin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Komissiya 2005-ci ildə İ.Əliyevin sərəncamı əsasında yaradılıb. Qurumun məqsədi təhsil sisteminin müxtəlif pillələrində təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlər görülməsini təmin etməkdir. Komissyanın ilk üzvləri prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev, Elmlər Akademiyasının sabiq rəhbəri Mahmud Kərimov, Prezidentin icra aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, ədliyyə naziri Fikrət Məmmədov, sabiq təhsil naziri Misir Mərdanov, TQDK sədri Məleykə Abbaszadə, BDU-nun professoru Cəmil Həsənli, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və Müasir Təhsil İnnovasiyaları Mərkəzi qeyri-hökumət təşkilatının proqram direktoru Elmina Kazımzadə olub.

Ana səhifəXəbərlərPrezident yanında təhsil komissiyası buraxıldı