Sentyabrın 26-da konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsvermə keçiriləcək. Bu dəyişikliklərdən biri prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını nəzərdə tutur. Bəs Bakı sakinləri prezidenti neçə ildən bir seçmək istəyirlər? Meydan Tv bu sualla sakinlər arasında sorğu keçirib.
– Neçə illərdir xalqımızın seçdiyi prezidentdir. Ona ümid edirik ki, o da qalıb. O olmasa, biz nə edərdik? Indi Allah bilir uşaqlarımız harada idi.
– Prezident seçkisi 5 ildən bir keçirilməlidir.
– Vallah, mən özüm də elə oranın üzvüyəm, normal baxıram.
– Bundan yaxşı prezident gələcək? Prezident prezidentdir də. Hər şeyi yola verir. Yaşayırıq, dolanırıq. Allah-təala da elə etsin ki, günümüz bundan da yaxşı keçsin.
– Gedib referendumda iştirak edəcəm. Orada da cavablar şəxsidir və bilinmir. Orada öz rəyimi bildirəcəm.
– Prezident 5 ildən bir dəyişilmədir. On görə ki, 5 il vaxtı var, dəyişilməlidir.
– 7 ildən bir olsun.
– Bizə ehtiyac yoxdur. Nə prezidentimiz var, bəs edir.
– Prezidentimizdən narazı deyiləm. Yəqin ki, mən də həmin referendumda müsbət cavab verərəm.
– Ondansa keçirilməsə, yaxşıdır. Neynirik prezidenti, varımızdır da. Bundan yaxşısı gələcək? Rəhmətlik atası prezident olub, özü də nəsə görüb. Bacarığı var, işləyir.
– Nə fərqi var, 5il ya 7il? Əgər özünü doğruldubsa, qoy 7 il olsun.
– Bizim üçün əladır. Onun atası da prezident olub, necə deyim, çox görmüşün oğludur da. Biz ondan razıyıq.
– Əla, təki yenə həmin prezident olsun.
– Xeyirimizədirsə, 7 il olsun. Nə olsun? Allah canlarına sağlıq versin, ömür versin. Dünyamız salamat olsun, ruzimiz bol olsun, hər şeyi günü-gündən bahalaşdırmasınlar.
– Çox pis baxıram. Bu, yaxşı qanun deyil. Biz Türkiyə deyilik ki, biz Azəbaycanıq. 5ildən bir qoy xalq kimi istəyir, onu da seçsin. Mən belə razıyam, 5 ildən bir. Çünki görək özünü göstərir, yoxsa, yox. 7 ilə gedib yatacaq. Istirahətini edəcək, prezidentliyi neynəyir?