Prezident qəbul imtahanları haqda sərəncam imzaladı

İmtahanlar pulsuz olacaq

Source:


İmtahanlar pulsuz olacaq

Prezident İlham Əliyev ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Məlumatı Azərtac yayıb.

Sərəncamda orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan vətəndaşların imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi qeyd olunub.

Bildirilib ki, ilk dəfə orta ixtisas təhsili müəssisələrinə sənəd verənlər və ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər pul ödəməyəcəklər.

Ana səhifəXəbərlərPrezident qəbul imtahanları haqda sərəncam imzaladı