Prezident öz köməkçisinə ”Əməkdar dövlət qulluqçusu” adını verdi

Əli Həsənov uzunmüddətli fəaliyyətinə görə mükafatlandırıldı

Source:

Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova fəxri ad verib. O, iyulun 31-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib. Bildirilib ki, bu, onun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görədir.


Əli Həsənov kimdir?

Əli Həsənov 2005-ci ildə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

2015-ci ildən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisidir.

O, 2017-ci ildən həm dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də şöbə müdiri vəzifəsini tutur.


Şirkətlər, restoranlar, xəstəxanalar

Mediada Ə.Həsənovun adı həm də onun ailəsinə məxsus biznes qurumları ilə hallanır. OCCRP-nin 2014-cü ildə yayımladığı

araşdırma

 Əli Həsənov, onun həyat yoldaşı Sona Vəliyeva və oğlu Şamxal Həsənlinin nəzarətində xeyli biznes qurumunun olduğunu ortaya çıxarıb.

“Araz Teleradio” MMC – Faktiki rəhbərliyi oğul Şamxal Həsənli həyata keçirir. Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır, 17 fevral, 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Kərimov Etiram Kərim oğlu, təsisçilər: “Golden Prince” MMC, Etiram Kərim oğlu Kərimov

“Golden Prince” MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 4 Sentyabr, 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: Ghouchkhani Sirouse XXX , Vəliyev Azər Kalam oğlu

“Kaspi Education” MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 18 may, 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

“Kaspi Global” MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Həsənli Şamxal Əli oğlu

“Kaspi” Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek daxildir) – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 28.09.2007 Qanuni təmsilçi: Kərimov Etiram Kərim oğlu. Təsisçilərin adı bəlli deyil.

Xəzər TV direktoru Şamxal Həsənov
Xəzər TV direktoru Şamxal Həsənov

“Mətbuat Evi” MMC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 1.09.2010. Qanuni təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

“Kaspi” – EC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 12.01.2009. Qanuni təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

“Kaspi Co” mənzil tikinti kooperativi – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 17.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: Vəliyeva Sona Məhəmməd qızı, Vəliyeva Maisə Polad qızı, Həsənova Səfiyə Qafar qızı, Vəliyev Azər Kalam oğlu, Həsənli Şamxal Əli oğlu.

“Kaspi-Az” – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 04.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçi: Vəliyev Azər Kalam oğlu.

Beynəlxalq Mətbuat Mərkəzi – 2003-2010-cu illərdə Fikrət Əmirov küç, 1 ünvanında fəaliyyət göstərib. Direktoru Vəliyev Azər Kalam oğludur.

“Kaspi Mətbuat Yayımı” MMC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.03.2004. Qanuni təmsilçi: Salmanov Süleyman Əli oğlu. Təsisçi: Bəlli deyil.

“Kaspi” qəzeti – təsisçisi Sona Vəliyevadır.

Həsənovlar ailəsinin Türkiyədə də biznesi var. Əli Həsənovun oğlu “KASPİ GLOBAL TURİZM İNŞAAT TAŞIMACILIK İTHALAT İHRACAT LİMİTED”  şirkətinin 99%-lik sahibidir. Şirkət Türkiyədə göydələnlər də daxil olmaqla yaşayış binaları tikmək üçün lisenziya sahibidir.

Bundan əlavə, PA rəsmisinin Bakıda da bir neçə restoranı da var. Onun Heydər Əliyev küçəsində yerləşən “Tonqal” restoranı və oğlu Şamxal Həsənova məxsus H.Naxçivani küçəsində “Paralel” restoranı fəaliyyət

göstərir

.

Əli Həsənov ailəsinə məxsus biznes qurumlarının olması iddialarını təsdiqləyib. “BBC Azərbaycanca”ya

danışan

cənab Həsənov deyib ki, şirkətlər ailəsinin alın təri, zəhməti ilə yaradılmış qurumlardır:

“Onların bəzisinin fəaliyyəti var, bəzisinin fəaliyyəti yoxdur. Sadəcə, firma olaraq mövcuddur. Mənim oğlum da, xanımım da o firmaları yaradıb və onların da fəaliyyəti ilə məşğuldurlar”.

Bu baxımdan cənab Həsənov “utanmağa, çəkinməyə heç bir əsası” olmadığını vurğulayıb.


Mediaya nəzarət

Əli Həsənov həm də mediaya qeyri-rəsmi nəzarəti ilə tanınır. OCCRP yazır ki, onun həyat yoldaşı Sona Vəliyeva çox məşğuldur. “Kaspi” qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü, təhsil, universitetə hazırlıq kursları, liseyləri idarə edir və… şeir yazır.

”Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva
”Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva

Əli Həsənov vəzifə etibarilə, Sona Vəliyevanın fəaliyyət göstərdiyi sahələrdə – media və söz azadlığına dair hökumətin siyasətini müəyyənləşdirən şəxslərdən biridir.

Oğlu Şamxal Həsənli “Araz Radiosu”na nəzarət edir, teleseriallar çəkir.

Onun rəhbərlik etdiyi “Kaspi Global” Azərbaycan telekanallarında xarici teleseriallara qoyulan qadağadan yararlanan prodakşn şirkətlərindən biridir.

Teleseriallara qadağanı Şamxal Həsənlinin anası Sona Vəliyevanın da üzv olduğu Milli Teleradio Şurası qoyub. Atası Əli Həsənov isə hökumətin bu addımını yerli teleserial istehsalçılarına dəstək məqsədi daşıdığını izah etmişdi.

Elə həmin məqsədlə Azərbaycan prezidenti də milli teleserialların çəkilişinə dövlət büdcəsindən vəsait ayrılması barədə bir neçə sərəncam imzalayıb.

Kaspi Global üç teleserial çəkib. Bunlardan ən azı biri – “Çaqqal nəfəsi” teleserialı dövlət sifarişi ilə çəkilib.

Seriallar – Həsənlinin ailə əlaqələri hesabına inkişaf edən yeganə media biznesi deyil.

MTRŞ onun başçılıq etdiyi Araz FM-ə 2011-ci ildə tezlik üçün lisenziya verib. Araz FM-in yayıldığı 103.3 FM tezliyində vaxtilə “BBC azərbaycanca” yayımlanırdı. 2009-cu ildə BBC-nin yerli tezliklərdə yayımı siyasi qərarla qadağan olunub.

“Araz” teleradio şirkəti də Həsənovun bütün digər şirkətlərinin qeydiyyatdan keçdiyi ünvanda – Fikrət Əmirov küçəsi 1 ünvanında qeydiyyatdan keçib. Park Bulvarda Araz FM studiyasının açılış mərasimi olanda Şamxal Həsənli baş direktor kimi təqdim olunmuş və lenti kəsmişdi.

Bakıda 30-dan artıq adamı yerləşdirə bilən yeganə press-klub da Həsənovlar ailəsinə bağlıdır.

Beynəlxalq Mətbuat Mərkəzi 2003-cü ildə eyni ünvanda – Fikrət Əmirov küçəsi 1-də fəaliyyətə başlayıb. 2010-cu ildə BMM yeni, daha geniş ünvana köçüb. Bu barədə BMM-in direktoru, Həsənovlar ailəsinin şəriki Azər Vəliyev APA agentliyinə müsahibə də verib.

2000-ci ildən STV kimi fəaliyyət göstərən, hazırda Amerikada yaşayan Fətullah Gülənə yaxınlığı ilə seçilən kanal 2007-ci ildə “Xəzər TV”-yə çevrildi. Bu kanal da Əli Həsənova məxsusdur. 2017-ci ildə isə Milli Teleradio Şurası Əli Həsənova məxsus olduğu deyilən daha bir kanala – “Dalğa TV”-yə müddətsiz lisenziya verib.

Bu gün Azərbaycanda demək olar ki, müstəqil media qalmayıb. Sözünü deyən bütün media qurumlar ya ələ alınıb, ya da qapadılıb. Jurnalist Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli (Fərəməzoğlu), Elçin İsmayıllı, Ziya Əsədli və Ərşad İbrahimov, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov və İlkin Rüstəmzadə, satirik-şair, yazar Tofiq Hüseynov həbsdədir. Azərbaycanda Meydan TV, Azadlıq Radiosu, Abzas.net, Azadlıq qəzeti, Bastainfo, Azərbaycan Saatı, Turan TV-nin yayımı dayandırılıb.

Əli Həsənov isə əksini düşünür. O, yanvarın 31-də, jurnalistlər üçün dövlətin tikdiyi ikinci binanın mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimində deyib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub, hakimiyyət yazılı mediaya dəstək verməlidir, yoxsa onlar fəaliyyətini dayandıracaq:

“Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur…”

Ana səhifəXəbərlərPrezident öz köməkçisinə ”Əməkdar dövlət qulluqçusu” adını verdi