MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib
Fevralın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın yaydığı məlumata görə, komissiyanın 17 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq ediləndən sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra ölkə üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin bu ilin martın 3-dək başa çatdırılması qərara alınıb.
Komissiya aprelin 11-nə təyin edilmiş növbədənkənar prezidenti seçkisində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsini təsdiq edib.
Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Fevralın 5-də dövlət başçısı İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda
sərəncam
imzalayıb.
MSK indiyədək Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı ölkə başçısı İlham Əliyevin, vəkil, namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş deputat Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsini təsdiq
edib
.
Müxalif düşərgədən Müsavat, AXCP, KXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.