Prezident: ”Neft və qaz bizim ÜDM-nin cəmi 30 faizini təşkil edir”

Məhəmməd Talıblı: ”Təkcə neftin qiymətinin 2,5 dəfə aşağı düşməsi dövlət büdcəsinin gəlir hissəsinin 25, xərclərinin 22,4 faiz azalması ilə müşahidə edilmədimi?”

Source:


Məhəmməd Talıblı: ”Təkcə neftin qiymətinin 2,5 dəfə aşağı düşməsi dövlət büdcəsinin gəlir hissəsinin 25, xərclərinin 22,4 faiz azalması ilə müşahidə edilmədimi?”

Azərbaycan prezidenti İlham Əliyevin IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibəsindəki bəzi məqamlar maraq doğurub.

Prezident bildirib ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir işləyir: “Lakin neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən əsasən qeyri-neft sektorunun sahələrini – kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq”.

Prezidentin “neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil etməsi” barədə fikirlərini Meydan Tv-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı “maraqlıdır, prezident “resursdan asılı olan ölkələrdə neftin qiymətinin dəyişməsi” dedikdə, Azərbaycanı niyə ora daxil etmir? Məgər, Azərbaycan neftin konyukturasından asılı ölkə deyil? Təkcə neftin qiymətinin 2,5 dəfə aşağı düşməsi dövlət büdcəsinin gəlir hissəsinin 25, xərclərinin 22,4 faiz azalması ilə müşahidə edilmədimi?” deyə suallarını səsləndirirək bildirib ki, devalvasiya qərarından sonra dollar-manat məzənnəsinin fərqindən yaranmış nisbət böyüyən bu həddi nisbətən azaltdı. Amma tendensiyalar qalır: “Təkcə bir il ərzində neft qiymətlərinin azalması nəinki dövlət büdcəsini, hətta Dövlət Neft Fondunun özünün büdcəsini də çətin vəziyyətə saldı. Prezident deyir ki, Azərbaycan diversifikasiya siyasətini həyata keçirərək, 3 sahədə müxtəlif formalı proqramlara başlayır. Nə tez belə? Artıq Azərbaycan 3 ildir ki, postneft dövrünə qədəm qoyub. Daha bundan sonra olmayan və iqtisadiyyata gəlməyən pulla həmin sahələr necə inkişaf etdiriləcək? Boş süfrəyə nə bisimillah?”

Məhəmməd Talıblı hesab edir ki, Azərbaycan əslində iqtisadi imkanların ən pik dövründə bu sahədə proqramları və islahatları həyata keçirməli idi: “Dünyanın ən böyük investorlarından olan, 60 mlrd. dollarlıq likvit sərvətə malik olan İorren Baffetin dəyərli bir sözü yadıma düşdü: Biz xərcləyəndən sonra qənaət etməli deyilik, qənaət edəndən sonra xərcləməliyik. Azərbaycan da maliyyə imkanları daha çox geniş olanda bu sahələri inkişaf etdirməli idi. Amma nə etdik? Körpü tikdik, yol çəkdik, tünel saldıq və hamısı da real qiymətindən bahalı layihələr həyata keçirdik. Bahalı idman və musiqi yarışmalarına ev sahibliyi edib, populist layihələrə milyardlarla vəsait xərclədik. Bu da nəticə! İndi də ölkə daxilindəki iqtisadi hərarətlənməni təmin etmək üçün kreditor təşkilatlardan kredit almaq üçün gecə-gündüz iş aparırıq. Elə bu vəsait bizdə vaxtilə var olduğu halda, niyə belə onu sürətlə xərcləməyə tələsirdik ki? İsti pulları “ağ fil” layihələrinə xərclədik, indi də qalmışıq ki, dünyanın 3-cü ölkələri hesab olunanların investisiyalarını gözləyək. Bir sözlə, bizim hökumətin iqtisadi səriştəsizliyi hesabına postneft dövrü çox qabağa çəkildi və daxili iqtisadi dinamizm özünün yerini depressiya ilə əvəzlədi. Bu, olduqca böyük təəssüf doğurur”.

Ana səhifəXəbərlərPrezident: ”Neft və qaz bizim ÜDM-nin cəmi 30 faizini təşkil edir”