Prezident: Kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb

Vahid Məhərrəmov: ”Ölkədə bütün mal qrupları üzrə istehsal ciddi olaraq azalıb”

Source:


Vahid Məhərrəmov: ”Ölkədə bütün mal qrupları üzrə istehsal ciddi olaraq azalıb”

Prezident İlham Əliyevin aprelin 17-də

Yevlaxda

qeyri-neft ixracatçılarının respublika müşavirəsində aqrar sektorla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Əsas da onun “kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb”, – deməsi.

Bu fikrə kənd təsərrüfatı üzrə müətəxəssis Vahid Məhərrəmov “Facebook” səhifəsində münasibət bildirib.

Deyib ki, hakimiyyət 2017-ci ilin birinci üç ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artdığını iddia edir və bunu böyük nailiyyət kimi cəmiyyətə sırımaq istəyir. Bu, doğru deyil:

“İxrac məhsulları sırasında əsasən ərzaq mallarından meyvə-tərəvəz, çay, şəkər, bitki, heyvan mənşəli piylər və yağlar yer alır. Bu mallar üzrə həm də idxal həyata keçirilir. Bu ilin birinci rübündə ölkəyə idxal olunan məhsulların əsas hissəsi daxili təlabatın ödənilməsinə yönəlib. Digər hissəsi isə ixrac edilib. İlin ilk üç ayında ölkəyə 100,5 min ton meyvə-tərəvəz idxal olunub. Bunun 45 min tonu daxili istehlaka yönəlib, 55,5 min tonu isə ixrac edilib”.

Vahid Məhərrəmov deyir ki, həmçinin üç ay ərzində 2,6 min ton çay idxal olunub. Bunun 70 faizi daxili təlabatı ödəyib, 0,4 min tonu isə ixrac edilib:

“Eyni dövrdə 31, 3 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. Bunun 28,3 min tonu daxili istehlaka yönəlib, 3 min tonu isə ixrac edilib. Şəkər idxalı 81,6 min ton olub. Bunun 68,1 min tonu daxili təlabatın tam ödənilməsini təmin edib, 13, 4 min tonu isə ixrac olunub”.

Vahid Məhərrəmov foto Meydan TV

Ekspertin sözlərinə görə, cari ilin ilk üç ayı ərzində yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb. Ət idxalı 2,3 dəfə, kəsim üçün ölkəyə idxal olunan heyvanların sayı 66,4 faiz, süd 81 faiz, kərə yağı 25 faiz, şəkər 94 faiz olub:

“Bu da ölkədə bütün mal qrupları üzrə istehsalın ciddi olaraq azaldığından xəbər verir. Bu səbəbdən də idxaldan ciddi asılılıq yaranıb. Hətta ixrac məhsulları da idxal mallarından asılı qalıb”.

Ana səhifəXəbərlərPrezident: Kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb