60-dan çox mədəniyyət nümayəndəsi mükafatlandırıldı
Prezident İlham Əliyev mayın 27-də 60-dan çox mədəniyyət nümayəndəsinə “Xalq artisti”, “xalq rəssamı” və digər fəxri adların verilməsi haqqında
sərəncam
imzalayıb.
Bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, bəstəkar Qara Qarayevin oğlu bəstəkar Fərəc Qarayev, aktrisa Nəsibə Zeynalovanın oğlu Cahangir Zeynalov, deputat Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə “xalq artisti” adına layiq görülüb.
Prezidentin mükafatlandırdığı adamlar arasında keçmiş kürəkəni, müğənni Emin Ağalarov da var. Rusiyada yaşayan Emin Ağalarov “Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidentidir. Onunla prezidentin qızı Leyla Əliyevanın birgə nikahından əkiz oğlanları var.
Şoumen, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü Murad Dadaşov, Əyyub Yaqubov, Alixan Səmədov və digərləri də “xalq artisti” adına layiq görülüblər.