Prezident İlqar Məmmədovu təbrik edib

Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.

Source:


Partiya sədri partiyalarla bağlı dəyişiklikləri müsbət yenilik adlandırıb

Sentyabrın 4-də Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının (PA) Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə növbəti dəfə görüşüb.

ReAL Partiyasının yaydığı məlumatda Ə.Vəliyevin partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıldığı bildirilib.

Partiya qeyd edib ki, təbrikə görə təşəkkürünü bildirən ReAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb:

"İlqar Məmmədov tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib. İlqar Məmmədov Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlərin həm də ReAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğu fikrini eşitməyindən məmnunluğunu ifadə edib".

”İlqar Məmmədov ötən gün Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət, rəsmən aradan qaldırılmasını da hakimiyyətin ReAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb”, – məlumatda deyilir.

Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.

“Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparılıb”,-deyə məlumatda bildirilib.

ReAl Partiyasının avqustun 4-də təsis qurultayı keçirilib. Tədbir videokonfrans formatında baş tutub.

5 saata yaxın davam edən və 93 nəfərin iştirak etdiyi qurultay Siyasi Komitəni və Nəzarət Təftiş Komissiyasını seçib.

Qurultay 6 nəfərdən ibarət Siyasi Komitəni

seçib

:

“İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Mahmud Mahmudov və Erkin Qədirli”.

Siyasi Komitənin 18 avqust tarixli toplantısında İlqar Məmmədov partiyanın sədri

seçilib

.

Ədliyyə Nazirliyi sentyabrın 1-də partiyanı qeydə

alıb

.

Ana səhifəSiyasətPrezident İlqar Məmmədovu təbrik edib