Dövlət Turizm Agentliyinin sədrinin işində yol verdiyi nöqsanlar açıqlanmayıb
Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib.
Bu barədə Prezidentin bu gün imzaladığı Sərəncamda deyilir.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Fuad Nağıyevin işində yol verdiyi nöqsanlar açıqlanmayıb.
50 yaşlı Fuad Hümbət oğlu Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.